Şuşada ilk dəfə Daşaltı Dərin Quyu seysmik monitorinqi stansiyası fəaliyyətə başlayıb.
Bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Müşahidə məntəqəsinin dərinliyi 100 metrə çatır, quyu polad borularla mühafizə olunub və orada 2 yüksək həssas zəlzələ sensoru quraşdırılıb.
Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) birgə əməkdaşlığı ilə inşa edilən monitorinq stansiyasının dünyada baş verən zəlzələləri izləyə biləcəyi bildirilir.
Xatırladaq ki, AMEA ilə AFAD arasında zəlzələ müşahidə sistemləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu ötən il sentyabrın 7-də imzalanıb.
Sosial