Infoteka.az
Dünya

BEA rəhbəri: “Dünyada ilk dəfə qlobal enerji böhranı baş verib”

“Dünyada ilk dəfədir qlobal enerji böhranı baş verib və bu, Ukraynada münaqişə fonunda davam edir”.

İnfoteka.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol CNBC telekanalına müsahibəsində deyib.

“Dünya heç vaxt belə dərin və mürəkkəb enerji böhranı ilə üzləşməyib” - o bildirib.

Onun sözlərinə görə, Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlamamışdan əvvəl Rusiya neft, təbii qaz və kömür tədarükü baxımından əsas ixracatçı olub: “Ukraynadakı münaqişə sülh yolu ilə həll edilənə qədər təbii qaz və neft bazarlarında böyük volatillik olacaq”.

Infoteka.az