Infoteka.az
Siyasət

Kamala Harris Trampla səs fərqini 1 %-ə endirib

ABŞ-da keçirilən bir sorğuda Demokrat prezident Co Baydendən estafeti təhvil alan vitse-prezident Kamala Harrisin respublikaçı rəqibi Donald Trampla arasındakı səs fərqini 1 %-ə endirdiyi bildirilir. 

Trampın səs nisbəti 48 faizə yüksəlsə də, Harris 47 faizlə onu izləyib. 

Bununla da ABŞ-da Co Baydenin yarışdan geri çəkilməsindən sonra namizədliyi irəli sürülən Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilər öncəsi Donald Trampla aralarındakı səs fərqini 1 %-ə endirmiş olub. 

22-24 iyul tarixləri arasında 1142 nəfər arasında aparılan sorğuda 5 noyabrda keçiriləcək prezident seçkilərində Trampa səs verəcəklərini deyənlər 48 % olduğu halda, Harrisə səs verəcəklərini deyənlər sadəcə 1 % geridə qalaraq 47 % təşkil edib. 

İyunun 27-də Bayden və Tramp arasında canlı yayımda keçirilən seçki debatından sonra aparılan eyni sorğuda Bayden Trampdan 6 % səslə geri qalırdı.

Siyasi şərhçilər Harrisin bir həftədən az bir vaxt ərzində rəqibi Trampla fərqi 1 faizə salmasını indiki mərhələdə uğur hesab edirlər.

Infoteka.az