Infoteka.az
Dünya

Trampdan Zelenskiyə MƏSLƏHƏT: “Müharibəni dayandır, onlar Hitleri, Napoleonu məğlub ediblər”

ABŞ prezidentliyinə namizəd Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığının detalları məlum olub.

Bu barədə Tramp “Fox News” nəşrinə müsahibəsində məlumat verib.

Tramp Zelenskiyə hansı məsləhəti verdiyini də açıqlayıb:

“Ona (Zelenskiyə - red.) “biz müharibəni sona çatdırmalıyıq. Onlar (ruslar – red.) döyüş maşınıdırlar. Döyüşmək rusların işidir. Onlar Hitleri, Napoleonu məğlub ediblər", - dedim”.

Infoteka.az