Infoteka.az
Hadisə

Əfsanəvi futbolçu Zikonun Parisdə 497 min avro pulu oğurlanıb

Parisdə dünya çempionatının bürünc mükafatçısı Zikonun 497 min avroya yaxın pulu oğurlanıb.

Bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Ziko Braziliya Olimpiya nümayəndə heyətinin tərkibində Parisə gəlib. Hadisə dünya çempionatının mükafatçısı taksidən düşərkən baş verib.

"O, naməlum şəxslər tərəfindən diqqətini yayındırıb və içərisində qızıl-zinət əşyaları və Rolex saatı olan çamadanı götürüb", - nəşr yazır.

Qeyd edək ki, 71 yaşlı Ziko 1978-ci il dünya çempionatının bürünc mükafatçısıdır. O, millinin heyətində 71 oyun keçirib və 48 qol vurub.

Ziko Yaponiya, İraq, Qətər, Hindistanda məşqçi kimi çalışıb, eyni zamanda Türkiyənin “Fənərbaxça”, Özbəkistan “Bunyodkor”, Rusiyanın ÇSKA və Yunanıstan “Olimpiakos”una rəhbərlik edib.

Infoteka.az