“Elektrikli avtomobillərin illik istehsalını 1 milyon ədədə çatdırmağı hədəfləyən 5 milyard ABŞ dolları dəyərində təşviq paketinə başlayırıq”.
Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Ərdoğan qeyd edib ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin "BYD" şirkəti ilə 1 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb:
“"BYD" ilə müqavilə Türkiyədə ildə 150 min ədəd elektromobil və hibrid avtomobil istehsal etmək gücünə malik zavodun açılmasını nəzərdə tutur”.