"Rusiyada doğum səviyyəsi dəhşətli dərəcədə aşağı düşüb. Bu isə millətin gələcəyini təhlükə altına alır".
Məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib.
"Biz hər il azalırıq, çıxış yolu isə doğum səviyyəsinin artırılmasıdır", - deyə Kremlin nümayəndəsi vurğulayıb.
O, Rusiyada doğum səviyyəsinin cəmi 1.41% təşkil etdiyini deyərək bu rəqəmi qorxunc adlandırıb və nəticələrinə görə Avropa ölkələri, həmçinin Yaponiya ilə müqayisə edilə biləcəyini vurğulayıb.