Infoteka.az
Hərbi

Azad edilmiş ərazilərdə daha 97 mina, 898 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (22.07.2024 - 28.07.2024) açıqlanıb.

Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 66 piyada əleyhinə mina, 31 tank əleyhinə mina, 898 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 885 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Infoteka.az