Infoteka.az
Dünya

Nikolas Maduro Venesuelada keçirilən prezident seçkilərində qələbə qazanıb

Venesuelada dünən keçirilən prezident seçkilərində hazırkı prezident Nikolas Maduro qələbə qazanıb.
Milli Seçki Şurasının (CNE) sədri Elvis Amoroso seçki qutularının 80 faizinin açıldığını ifadə edərək ''Böyük Vətənpərvər Qütb'' (Gran Polo Patriotico) partiyasının namizədi Nikolas Maduronun qalib gəldiyini açıqlayıb.
İlkin nəticələrə görə, seçicilərin 51,20 faizi Nikolas Maduronu dəstəkləyib.

Müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzales isə seçicilərin 44,20 faizinin səsini toplayaraq ikinci yerdə qərarlaşıb.

E.Amoroso seçkilərdə iştirak nisbətinin 59 faiz olduğunu bildirib.

Seçkidə qələbə qazanan namizəd 2025-ci il yanvarın 10-da ölkənin yeni prezidenti kimi and içəcək.

Qeyd edək ki, Venesuela Birləşmiş Sosialist Partiyasının (PSUV) bayraqlarını daşıyan yüzlərlə insan prezident Nikolas Maduronun lehinə şüarlar səsləndirib.

Infoteka.az