“Deutsche Bahn”a məxsus ICE sürətli qatarları xroniki olaraq punktual deyil və Almaniyadakı gecikmələr İsveçrə dəmir yolu şəbəkəsinin işini pozmamalıdır.
2023-cü ildə İsveçrədəki bütün qatarların 92,5%-i təyinat yerinə vaxtında çatıb, lakin Almaniyada həmin dövrdə bu göstərici cəmi 64% səviyyəsində olub.
Qeyd etmək lazımdır ki, İsveçrə qaydalarına görə, qatar yalnız qrafikdən üç dəqiqədən çox kənara çıxmadan vaxtında gəlmiş sayılır. Almaniyada qeyd olunan göstərici marşrutdan asılı olaraq hətta 10-15 dəqiqəyə çata bilər.
Məlumata görə, Almaniyada qatar gecikmələrinə ən çox səbəblər tikinti işləri, nasaz hava elektrik xətləri, infrastruktur problemləri və tətillər olub.
Məlumdur ki, İsveçrəyə dayandırılan reyslərin təxminən yarısı Almaniyada dəmiryolçularının tətilləri nəticəsində yaranan gecikmələrlə bağlı olub.