UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələn "Qarabağ" və "Linkoln" (Cəbəllütariq) komandaları arasında oyunda üçüncü qol vurulub.
Görüşün 44-cü dəqiqəsində Olavio Juninyo yenidən fərqlənib.
O, üçüncü qola imza atıb.
Qeyd edək ki, bu matçın qalibi “Ludaqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə Bolqarıstan təmsilçisi 2:0 hesabı ilə üstün ayrılıb.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq) - 3:0 (Fasilə)
Qol: Olavio Juninyo, 17, 31, 44
Baş hakim: Yakob Sandberq (Danimarka)
İdman