“Paris-2024 Olimpiya Oyunlarının açılışında baş verən əxlaqsızlıq üzləşdiyimiz təhlükənin miqyasını bir daha nümayiş etdirdi. Parisdəki biabırçı səhnə katolik və xristian dünyasını incitdiyi qədər bizi də incitdi”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) rayon rəhbərləri ilə görüşündə çıxış edərkən deyib.
Ərdoğan Parisdə Olimpiadanın açılışında Roma Papası ilə “xristian dünyasına qarşı törədilən əxlaqsızlığı” müzakirə etmək niyyətini açıqlayıb.
O, Paris Olimpiadasının təşkilatçılarını Oyunlardan “insan təbiətini korlamaq” və ailə dəyərlərini məhv etmək üçün alət kimi istifadə etməkdə ittiham edib.
Dünya