İsrail Livanla sərhəddə yaranan gərginlik səbəbindən şimaldakı Hadera şəhəri üzərində hava məkanını bağlayıb.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Məlumata əsasən, buna səbəb ötən gün TSAXAL ordusunun “Hizbullah” liderlərindən biri olan Fuad Şokranın öldürülməsi ilə nəticələnən aviazərbələrindən sonra yarana biləcək gərginliyin qarşısını almaqdır.
Artıq sözü gedən şəhərin havalimanının rəhbərliyi qərarla bağlı məlumatlandırılıb.
Qeyd edək ki, Təl-Əviv ilə Hayfa arasında yerləşən şəhər regionun ən iri yaşayış məntəqəsidir.