Parisin ev sahibliyi ilə 2024 Yay Olimpiya Oyunlarında həyəcan davam edir.
Olimpiadanın 6-cı günündə boks növündə qadınlar arasında 54 kiloqram çəki dərəcəsində 1/4 finalda Türkiyə milli atleti Hatice Akbaş Monqolustandan Enxjarqal Munquntsetseqə (Enkhjargal Munguntsetseg) 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib, bürünc medalı təmin edib.
66 kiloda son olimpiya çempionu Busenaz Sürmeneli də polşalı rəqibi Aneta Rıqielskaya 4-1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlməyi bacarıb.
Milli boksçu Buse Naz Çakıroğlu isə qadınlarda 50 kq. çəkidə son 16 raund döyüşündə meksikalı rəqibi Fatima Herreranı 5-0 məğlub edib və adını 1/4 finala yazdırıb.
Türkiyəli oxatan Ulaş Berkim Tümer kişilərin fərdi kateqoriyasında meksikalı və hollandiyalı rəqiblərini, Elif Berra Gökkır isə malayziyalı və iranlı rəqiblərini üstələyərək 1/8 finala yüksəlib.
Cüdo yarışlarında İbrahim Tataroğlu kişilər +100 kiloqram dərəcəsində son 32 raundda sloveniyalı Enej Mariniçlə qarşılaşıb. Rəqibini ippon xalı ilə məğlub edən milli idmançı son 16 raundu keçib.