Infoteka.az
İdman

Olimpiya çempionlarımız Vətənə geri dönür

Paris-2024 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımızın Azərbaycana qayıdacağı tarix bəlli olub.

Onlar 4 avqust saat 05:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanınında olacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Hidayət Heydərov (-73 kq.) və Zelim Kotsoyev (-100 kq.) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar. Azərbaycan cüdo üzrə yarışlarda 2 qızıl medal qazanaraq ümumi hesabda və kişilər arasında ikinci yeri tutub.
 

Infoteka.az