Infoteka.az
Hərbi

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşüb

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3 961 nəfər itkin düşmüş sayılır.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasın avqustun 1-nə olan məlumatında bildirilib.

Mənbə qeyd edir ki, 3 953 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir.

Qeyd edilib ki, müraciətlərin davam etməsi bunun yekun statistika olmayacağını deməyə əsas verir.
 

Infoteka.az