Laçında mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bildirilib ki, avqustun 3-də Laçın rayonu Kalafalıq kənd sakini, 1959-cu il təvəllüdlü şəxsin (kişi cinsli) 15:05 minaya düşməsi səbəbilə Laçın Rayon Mərkəzi Xəstəxanasına çağırış daxil olub.
Dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub. Piyada əleyhinə minaya düşmə səbəbindən sol ayağından xəsarətlər alan şəxsə ilkin zəruri tibbi yardım göstərilib və Xankəndi Şəhər Xəstəxanasına təxliyə olunub.
Hazırda yaralının vəziyyəti stabil qiymətləndirilir.
Sosial