Infoteka.az
Dünya

İvanişvili koronavirusa yoluxdu

Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili koronavirusa yoluxub.

Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

"Hazırda Bidzina İvanişvilinin səhhətinin vəziyyəti qənaətbəxşdir", - partiyanın bəyanatında deyilir.

Məluma görə, İvanişvili iki həftə əvvəl koronavirusa yoluxub.

Infoteka.az