Infoteka.az
Siyasət

Azərbaycan Türkiyədə "SAHA EXPO 2022"də nümayiş olunan silahlarla maraqlanır

"Türkiyənin İstanbul şəhərində keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisində nümayiş olunan silahlara baxdıq. Azərbaycan Ordusu bunlarla maraqlanır".

İnfoteka.az xəbər verir ki, report-un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, çoxu ilə müqavilələr də var: "Biz baxırıq, müzakirə edirik. Bizim orduda tətbiq oluna biləcək silahlarla maraqlanırıq".

Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.

Infoteka.az