Infoteka.az
Dünya

Tramp: Harris digər ölkələrin liderləri ilə rəqabət apara bilməyəcək

Tramp deyib ki, Harris hakimiyyətə gəlsə, ABŞ-ın böyüklüyünü bərpa edə bilməyəcək

Kamala Harris aşağı IQ səviyyəsinə görə başqa ölkələrin liderləri ilə rəqabət apara bilməyəcək

Bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

“Kamala Harris digər ölkələrin liderləri ilə rəqabət apara bilməyən aşağı IQ-ya malik insandır. Belə adamların hakimiyyətdə olması ilə ABŞ-ın yenidən böyüklük şansı yoxdur”, - deyə Tramp yazıb.

O həmçinin əlavə edib ki, Harris də partiya üzvü prezident Co Bayden kimi iki cümləni dalbadal deyə bilməyəcək.

Infoteka.az