Avqustun 5-i saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.