ABŞ dövlət katibi Entoni Blinken G7 ölkələrinin xarici işlər nazirlərinə İran və Hizbullahın avqustun 5-də İsrailə hücum edə biləcəyini deyib.
Qeyd olunub ki, Blinken İran və “Hizbullah”a diplomatik təzyiq göstərməyə çalışmaq üçün və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olacaq zərbənin gücünü minimuma endirmək məqsədilə G7 həmkarları ilə telefon danışığı aparıb.
Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Sui-qəsdin ardınca İran Təhlükəsizlik Şurasının iclası keçirilib və rəsmi Tehran İsrailə qarşı cavab tədbirlərinin görüləcəyini elan edib.
Dünya