Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanı Respublika Günü münasibətilə təbrik edib.
İnfoteka.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.
“Respublika Günü münasibətilə Qazaxıstan hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Respublika Günün mübarək, Qazaxıstan!”, - paylaşımda bildirilib.