Infoteka.az
Hərbi

SON DƏQİQƏ: İran İsraillə sərhədə qüvvə toplayır - FOTO

İran qüvvələrini Suriyanın qərbinə, İsrail sərhədləri yaxınlığına yerləşdirib.

Bu barədə İsrailin “12-ci kanal”ı görüntü yayıb.

Bildirilib ki, İran qüvvələri Suriyada mövqelərini dəyişdirib.

Bundan əlavə, İran qüvvələrinin Qolan təpələri bölgəsində də hərəkəti müşahidə olunub. Xatırladaq ki, HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə iyulun 31-i gecə saatlarında Tehrandakı iqamətgahına endirilən raket zərbəsi nəticəsində həyatını itirib. Sui-qəsdin ardınca İran Təhlükəsizlik Şurasının iclası keçirilib və rəsmi Tehran İsrailə qarşı cavab tədbirlərinin görüləcəyini elan edib.

ABŞ dövlət katibi Entoni Blinken isə İranın İsrailə hücumunun bu gün baş tutacağını qeyd edib.

SON DƏQİQƏ: İran İsraillə sərhədə qüvvə toplayır - FOTO
Infoteka.az