Infoteka.az
Hadisə

Banqladeşdə etirazçılar prezidentin ofisini yandırdılar

Banqladeşdə etirazçılar prezidentin ofisini yandırıblar.

Bu barədə "Prothomalo" xəbər yayıb.

Bildirilir ki, aksiyaçılar binanın ətrafında şüarlar səsləndirirlər.

Bundan başqa, "Avami Liq" partiyasının ofisi də hücuma məruz qalıb. Mediadan bildirilib ki, binaya təhlükəli məsafədə qaz balonları mağazası var. Həmçinin Banqladeş daxili işlər nazirinin iqamətgahında da yanğın qeydə alınıb.

İzdiham darvazanı sındırıb, evə daxil olub. Hazırda insanların oranı talan etdiyi bildirilir.

Yeri gəlmişkən xatırladaq ki, Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə davam edən etirazlar fonunda istefa verib, sonra isə xaricə qaçıb.

Infoteka.az