Infoteka.az
Dünya

Sergey Şoyqu Məsud Pezeşkianla görüşdü

Tehranda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu gün İran prezidenti Məsud Pezeşkianla görüşüb.

Bu barədə İran mətbuatı yazıb.

Qeyd edək ki, bundan öncə Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının rəhbəri Əliəkbər Əhmədian ilə Tehranda bir araya gəlib.

Görüşdə Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi müzakirə edilib.
 

Infoteka.az