Infoteka.az
İdman

Paris-2024: Sənan Süleymanov yarımfinal mərhələsinə yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.

İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.

Qeyd edək ki, idmançı 1/8 finalda Bolqarıstan təmsilçisi Ayk Mknatsyan üzərində qələbə qazanmışdı.

Infoteka.az