HAMAS-ın yüksək rütbəli funksioneri, Nail Sahal məhv edilib.
Bu barədə İsrail Ordusu məlumat yayıb.
Nail Sahalın Qəzza zolağında məhv edildiyi vurğulanıb.
Qeyd edilib ki, iyulun 24-də onun gizləndiyi yerə zərbə endirilib. Əməliyyatın uğurla nəticələnməsi yalnız indi təsdiqlənib.