Suriyanın şimalındakı Azzaz rayonunda bomba yüklü avtomobilin partlaması nəticəsində 9 nəfər həlak olub, 14 nəfər yaralanıb.
Türkiyənin Kilis vilayətinin qarşı tərəfindən, müxaliflərin nəzarətində olan Azzaz qəsəbəsində nəzarət keçid məntəqəsində avtomobilə yerləşdirilən bomba partlayıb.
İlkin məlumata görə, terror aktı nəticəsində 9 nəfər ölüb, 14 nəfər yaralanıb.
Hücumdan sonra ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib, yaralılar Azzaz xəstəxanasına aparılıb.
Aktla bağlı hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.