Heyvan hüquqlarının müdafiəçiləri (PETA) Roma Papası Fransiskin ənənəvi çıxışına mane olmağa çalışıblar.
Pontifikin çıxış etdiyi zala daxil olan 2 qadın korridaya (red: öküz döyüşü) qarşı şüarlar səsləndirib. Onlar ingilis və ispan dillərində “korrida günahdır” yazılmış paltarlar geyiniblər.
Təhlükəsizlik xidməti etirazçıları zaldan çıxarıb.
Papa indiyədək korrida məsələsinə münasibət bildirməyib. Lakin tarixdən məlumdur ki, 16-cı əsrdə Papa V Piy öküz döyüşlərini qadağan etmişdi. Pontifik bu əyləncənin insana yaraşmadığı qənaətində idi.
Hadisə