Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynanın Çerniqov vilayətinə səfəri zamanı hava həyəcanı verildiyi üçün bomba sığınacağına düşməli olub.
İnfoteka.az xəbər verir ki, bu barədə Spiegel jurnalı yazıb.
Hadisə Koryukovka şəhərində baş verib. Hava həyəcanına görə saat yarım sığınacaqda qalan Prezidentin orda yerli sakinlərlə söhbət etdiyi bildirilir.