Infoteka.az
Dünya

Gürcüstan-Rusiya sərhədində 4800-dən çox yük maşını gözləyir

4,8 mindən çox yük maşını Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün gözləyir. 

Bu barədə RF Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi açıqlayıb. 
 

Qeyd olunub ki, Rusiya-Gürcüstan sərhədinə gedən yolda növbə Yuxarı Lars keçid məntəqəsində dayanacaq yerlərinin olmaması və turizm mövsümü ilə əlaqədar çoxlu avtomobil axını səbəbindən yaranıb. 


Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 4863 yük maşını gözləyir. 

Infoteka.az