Azərbaycan Premyer Liqasının II turunda bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Şamaxını qəbul edəcək.
Saat 18:45-də başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.
Günün son matçı "ASCO Arena"da "Səbail" və "Neftçi" klubları arasında oynanılacaq. Saat 20:00-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.
İlk turda "Araz-Naxçıvan" "Qarabağa" 1:4 hesabı ilə məğlub olmuşdu. "Şamaxı" - "Sabah" matçında 2:2 bərabərlik qeydə alınmışdı. "Səbail" 1:4 hesabı ilə "Zirə"yə yenilmişdisə, "Neftçi" - "Turan Tovuz" görüşündə qol vurulmamışdı.
İdman