Paris Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Giorgi Meşvildişvili bürünc medal uğrunda görüşə çıxıb.
Onun rəqibi polşalı Robert Baran olub.
Rəqibinə 9:3 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medalın sahibi olub.