Türkiyədə "Instagram" sosial şəbəkəsinə giriş bərpa edilib.
Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Onun sözlərinə görə, "Instagram" və ona sahib olan ABŞ-nin "Meta" şirkəti Ankaranın şərtlərini qəbul edib.
Məhz bundan sonra Türkiyə tərəfi ölkə ərazisindən sosial şəbəkəyə giriş məhdudiyyətini aradan qaldırıb.