Rusiya Ukrayna Silahlı Qüvvələrinin Dnepr yaxınlığında yenidən qruplaşmasının qarşısını alır.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun mətbuat mərkəzinin rəhbəri Roman Kodryan bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın FPV pilotsuz təyyarələrinin məhv edilməsi, kəşfiyyat və pilotsuz uçuş aparatlarının hücumu istiqamətində də fəal iş aparır.
"Dnepr döyüş qrupunun bölmələri Kaxovka istiqamətində döyüş tapşırıqlarını yerinə yetiriblər. Onlar Dnepr çayının ada zonasına nəzarəti təmin edib və düşmən qoşunlarının artilleriya atəşi ilə yenidən qruplaşmasının qarşısını alıblar. Onlar sol sahilə enməyə cəhd edən Ukrayna su gəmisini məhv etməyə davam ediblər” - deyə, Kodryan bildirib.