Infoteka.az
Dünya

Latviyada nüvə silahının yerləşdirilməsinə dair petisiya davam edir

Latviyada hökumətin təşəbbüsü ilə ölkə ərazisində nüvə silahının yerləşdirilməsi təklifinə ictimai rəyi öyrənmək üçün onlayn petisiya başladıb.

Hələlik sözü gedən təşəbbüs tələb olunan 10 min imzadan 59-nu toplaya bilib.

Petisiya haqqında məlumat bölümündə qeyd edilib ki, artıq ABŞ nüvə silahlarını Belçika, Almaniya, İtaliya, Niderland, o cümlədən hərbi bazasının olduğu ölkələrin ərazisində yerləşdirib.

Bu amili nəzərə alaraq, müəlliflər Latviya Seymini NATO çərçivəsindəki tərəfdaşlarla analoji arsenalın ölkəyə gətirilməsi barədə müzakirələr aparmağa çağırıb. Bildirilib ki, atılacaq bu addım ölkənin təhlükəsizliyini daha etibarlı təmin etməklə yanaşı, Latviyaya xaricdən investisiyaların da cəlbinə gətirib-çıxaracaq.

Infoteka.az