“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Cənub Qaz Dəhlizi (CQD) QSC-nin yüksək səviyyəli təminatsız avrobondların xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.
Bu barədə agentliyə istinadən xəbər verir.
Qeyd edilib ki, reytinqin artırılması Azərbaycanın uzunmüddətli kredit reytinqinin “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldilməsindən sonra həyata keçirilir.
"CQD-nin 2026-cı ildə ödəmə müddəti başa çatan 2 milyard ABŞ dolları həcmində avrobondlarının reytinqi dövlətin CQD-nin not sahiblərinə verdiyi tam və vaxtında ödənilməsinin qeyd-şərtsiz, subordinasiyalı və geri alınmaz zəmanətini əks etdirir. Nəticədə, Fitch notların reytinqini Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini ilə bərabərləşdirib"- açıqlamada bildirilib.