Rusiyalı tanınmış hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko İrəvanın Rusiya Dumasının deputatı Konstantin Zatulinə Ermənistana giriş qadağası qoyulmasına reaksiya verib.
İnfoteka.az xəbər verir ki, İ.Korotçenko yazıb:
“30 il erməni maraqlarına xidmət etmək – sonra pişik kimi zibil qabına atılmaq...”
Qeyd edək ki, Zatulinin yaratdığı “Lazarev klub”u cəmi üç gün sonra, oktyabrın 28-də İrəvanda çoxlu sayda ekspert, siyasətçi, analitik və jurnalisti bir araya gətirəcək “Ermənistan-Rusiya münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda toplantı keçirməyi planlaşdırırdı. Ancaq Zatulin İrəvandan məktub alıb və ona səfərinin arzulanmaz olduğu bildirilib.