Infoteka.az
Dünya

SON DƏQİQƏ: Moskvada təhlükəsizlik tədbirləri gücləndirildi

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, təhdidlər izlənilir.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, paytaxtda təxribat qruplarının Moskvaya və bölgəyə mümkün sızması ilə bağlı təhdidlərin davamlı axtarışı aparılır, polisə onların silahlarını ələ keçirmək cəhdləri barədə xəbərdarlıq edilib.

Hazırda Moskva küçələrində xüsusi təyinatlı alayın əməkdaşları DYP əməkdaşlarının ekipajları ilə birlikdə pulemyotlarla növbə çəkir, Kremlin mərkəzində və ətrafında ərazinin mühafizəsi gücləndirilib.

Infoteka.az