Vakansiyaların az olması və ya olmaması ilə bağlı məsələyə gəldikdə isə, demək istərdik ki, daxil olan müraciətlərin əsas hissəsi, namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır.
Bu barədə MÜTDA-nın məlumatında bildirilib.
Qeyd edilib ki, nəticədə hətta ölkə üzrə bir çox vakant yer namizədlər tərəfindən seçilmir. Bu istiqamətdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas məqsədi həm paytaxt (mərkəz) və böyük şəhərlərdə, həm də regionlarda olan məktəblərimiz üçün eyni əsas və meyarlarla seçilmiş, bilik bacarıqları yüksək müəllimləri təyin etməkdir.