İran tezliklə qonşu ölkələrlə sərhəd çəkilişinə başlayır.
Bu fikirləri İran Sərhəd Qoşunlarının komandiri, general Əhməd Əli Qudərzi ölkə sərhədlərinə sərhədlərin çəkilməsi layihəsinin son vəziyyəti barədə danışarkən səsləndirib.
“Biz son iki ildə qonşu dövlətlərlə sərhəd çəkilməsi üçün dövlət büdcəsindən 3 milyard avronun ayrılmasını təklif etmişik və bu məbləğ Daxili İşlər Nazirliyində təsdiqlənib. Ali Milli Təhlükəsizlik Şurası da məsələnin icrasını İran Silahlı Qüvvələrinin Baş Qərargahına həvalə edib”, deyə o, qeyd edib.
Yeri gəlmişkən, İranın Azərbaycan, Türkmənistan, Əfqanıstan, Pakistan, Türkiyə, Ermənistan və İraqla quru dövlət sərhədi var.
Əhməd Əli Qudərzi isə açıqlamasında hansı qonşu ölkə arasında sərhədin çəkiləcəyini deməyib.
Dünya