Infoteka.az
Dünya

ABŞ Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketləri satacaq

ABŞ Dövlət Departamenti Almaniyaya 5 milyard dollar dəyərində “Patriot” raketlərinin satışını təsdiqləyib.

Bu barədə Pentaqona daxil olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Almaniya hökuməti Vaşinqtondan bu tipli 600-ə qədər raketin, habelə müvafiq avadanlıq, təlim proqramları və ehtiyat hissələrinin alışına dair istəklə çıxış edib.

Infoteka.az