“Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa və müharibəni dayandırmağa dəvət edirəm, çünki nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara bu müharibə lazım deyil”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində bildirib.
Onun fikrincə, bu müharibə yalnız “Amerika mənşəli yüksək rütbəli insanlara” lazımdır:
“Onların bu ədavətə ehtiyacı var. Mən bu faktları gətirə bilmərəm, onlar tamamilə qapalıdır.Sözün əsl mənasında onlar "qoy bir-birini qırsınlar - ukraynalılar, ruslar - hamı bu qazanda ölsün" deyə düşünürlər. Bu barədə danışanlar əsasən Qərbin yüksək vəzifəli məmurlarıdır. Onlar bizim bir-birimizi məhv etməyimizi istəyirlər”.
Dünya