Bu ilin yanvar-iyul aylarında Azərbaycan 118 863,17 min ABŞ dolları dəyərində 44 462,98 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,8% , həcmi isə 3,3% azalıb.
Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,34% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycan 195 181,68 min ABŞ dolları dəyərində 74 502,4 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 10,3% azalıb, həcmi isə 9,14% artıb. Ötən il alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,83% təşkil edib.