Tovuz rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nicat Əhmədovun məhkəməsi başlayır.
İnfoteka.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası noyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyulunda Tovuzun Əlibəyli kəndində qeydə alınıb.
Belə ki, Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü N.Əhmədov qısqanclıq zəminində həyat yoldaşı, 1998-ci il təvəllüdlü Nuranə Əhmədovanın boğazını kəsərək qətlə yetirib.
N.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.