Azərbaycan Milli Xalça Muzeyinə XIX əsrə aid “Açma-yumma” xalçası hədiyyə olunub.
Almaniyanın Berlin şəhərində yaşayan kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib. O, vətənindən ayrı düşən bu nəfis əsərin yaxın zamanda öz doğma yurduna qayıdacağını, muzeyin Şuşa filialında sərgilənəcəyini düşündükcə xoşbəxtlik hissi yaşadığını bildirib.
Xalçanın ara sahəsi və haşiyələri həndəsi və nəbati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.