Yaponiyanın hakim Liberal-Demokrat Partiyasına sədr seçkisi sentyabrın 27-də keçirilə bilər.
Bu barədə partiyanın adının çəkilməsini istəməyən rəsmisi deyib.
Onun sözlərinə görə, bu məqsədlə təşviqat kampaniyası sentyabrın 12-də başlayacaq. Partiyanın sədri Funio Kişida isə ötən həftə bildirib ki, növbəti dəfə bu posta namizəd olmayacaq.
Qeyd edək ki, qrafik təsdiqlənsə Fumio Kişida BMT Baş Assambleyası çərçivəsində sentyabrın 24-də keçiriləcək debatlarda iştirak edəcək.