Infoteka.az
İqtisadiyyat

Azərbaycana 7 ayda 500 min tona yaxın buğda idxal edilib

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 102 milyon 620 min ABŞ dolları dəyərində 460 min 645 ton buğda idxal edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20% və ya 117,4 min ton, məbləğ baxımından isə 37.7% və ya 62 mln. ABŞ dolları azdır.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 0.95%-nə bərabər olub.

Qeyd edək ki, hesabat dövründə ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% azalaraq 222.8 ABŞ dolları təşkil edib.

Infoteka.az