Ötən gecə Rusiya hərbi aviasiyasının Ukraynanın Sumı vilayətindəki enerji obyektlərini bombalaması nəticəsində 72 yaşayış məntəqəsi işıqsız qalıb.
Bunu vilayətin hərbi administrasiyasından bildiriblər.
Qeyd olunub ki, hazırda 18,5 min abonentin elektrik təchizatı dayandırılıb. Görülən tədbirlər nəticəsində kritik cəhətdən əhəmiyyətli infrastruktur obyektlərinin bir qismində problem aradan qaldırılıb.